Sizin Reklam Burada
xxx

11.05.18 - Baxış sayı - 2 297
Əjdər Cəbiyev getdi-Onun yerinə görün kim gəldi
 

Aparat rəhbərinin də adı məlum olub

Bakı. 11 may. REPORT.AZ/ Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev özünə iki yeni müşavir təyin edib.

"Report"un xəbərinə görə, yeni müşavirlər Əliyev Anar Rəhim oğlu və Nəsirli Vüsal Zakir oğludur.

Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri vəzifəsinin icrası da Anar Əliyevə tapşırılıb.

Bununla da əmək və əhalinin sosial müdafiəsi nazirinin müşavirlərinin sayı üçə çatıb.

 Qeyd edək ki, nazirliyin bundan əvvəlki Aparat rəhbəri Əjdər Cəbiyev (Əjdər Ol) idi. O, öz ərizəsinə əsasən işdən çıxarılıb.




2017 Azərbaycan Respublikası Maxe.az internet saytı. Müəllif hüquqları qorunur.