Sizin Reklam Burada
xxx

10.05.18 - Baxış sayı - 3 371
Ramil Usubov Hüseynova vəzifə verdi-Yeni təyinat
 

Bakıdakı polis bölmələrindən birinə yeni rəis təyinatı olub.

“Maxe.az”ın “Ölkə.az”a istinadla məlumatına görə, daxili İşlər Naziri Ramil Usubovun imzaladığı əmrlə Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin rəisi vəzifəsinə Məhşur Hüseynov təyin edilib.

Qeyd edək ki, bu vəzifəyə kimi M.Hüseynov Nərimanov RPİ-nin 17-ci Polis Bölməsində rəis müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, ötən ilin dekabr ayında Daxili İşlər Naziri Ramil Usubovun əmri ilə 2-ci polis bölməsinin rəisi Sahib Babayev vəzifəsindən azad olunaraq Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə rəis təyin olunub. Həmin müddətdən 2-ci Polis Bölməsində rəis vəzifəsi boş idi.



2017 Azərbaycan Respublikası Maxe.az internet saytı. Müəllif hüquqları qorunur.