Sizin Reklam Burada
xxx

26.04.18 - Baxış sayı - 3 078
İnam Kərimov ona mühüm vəzifə verdi-FOTO

Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad olunan Murtuzəli Hacıyev yeni vəzifəyə təyin edilib.

Maxe.azModern.az-a istinadən xəbər verir ki, 22 il həmin vəzifədə işləmiş M.Hacıyev bu illər ərzində səmərəli əməkdaşlığa görə, bütün media işçilərinə, kolleqalarına minnətdarlığını bildirib:

“Bu müddətdə bütün jurnalistləri özümə dost bilmişəm, eyni zamanda özümü də onların dostu hesab etmişəm. Hər zaman çalışdığım qurumu yüksək səviyyədə təmsil etməyə çalışmışam. 25 ildir bu nazirlikdə müxtəlif vəzifələrdə - Elm, təhsil baş idarəsində şöbə müdiri, Təbliğat şöbəsinin rəisi, Mətbuat xidməti şöbəsi yaradıldığı gündən indiyədək rəhbər vəzifədə işləmişəm.

Nazirliyə yeni təyin olunan cənab İnam Kərimova təcrübəmi, iş fəaliyyətimi nəzərə alaraq, mənə yenidən etimad göstərdiyinə görə dərin təşəkkürümü bildirirəm. Hazırda toxumçuluq sahəsi üzrə şöbə müdirinin müavini vəzifəsinə təyin edilmişəm. Çalışacam ki, göstərilən etimadı doğruldum və bu vəzifəmin də öhdəsindən layiqincə gəlim.

Harada işləməyimdən, hansı vəzifədə olmağımdan asılı olmayaraq, dövlətimə sədaqətlə xidmət edəcəyəm”.

M.Hacıyev nazirliyin Mətbuat xidmətinə yeni rəhbər təyin olunan Anar Hüseynovu təbrik edib, işlərində daha böyük uğurlar arzulayıb, hər zaman dəstək olacağını vurğulayıb.

Qeyd edək ki, M.Hacıyev Azərbaycan Dövlət Aqrar Universitetini, eyni zamanda, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomu ilə bitirib. Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə ölkə rəhbərliyi tərəfindən dövlət qulluğunda fərqlənməyə görə medalı ilə təltif olunub, aqrar sahə üzrə fəlsəfə doktorudur.

Həmçinin, YAP Yasamal rayon təşkilatının ərazi ilk partiya təşkilatının sədridir, rayon şurasının üzvüdür.



 


 


2017 Azərbaycan Respublikası Maxe.az internet saytı. Müəllif hüquqları qorunur.