Sizin Reklam Burada
xxx

23.04.18 - Baxış sayı - 654
Deputat: Sarkisyansız Ermənistana Qarabağla bağlı dəqiq siyasət lazımdır
 

Ruhanilər, polis və ordu Serj Sarkisyana dəstəkdən imtina etdikdən sonra aydın oldu ki, o, “siyasi cəsəd”dir. 

Bu sözləri Deyer.Az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə Sarkisyanın istefasını şərh edərkən deyib. 

Onun sözlərinə görə, erməni xalqı gələcəyə Sarkisyansız və onun zərərli siyasəti olmadan getməyə qərar verib:

“Ermənistanın indiki nəsli Sarkisyanın cinayətkar rejimi ilə deyil, sülh şəraitində yaşamaq istəyir. Düşünürəm ki, onun istefası ilə Ermənistanda yeni dövr başlayacaq, əvvəlki səhvlər yenidən qiymətləndiriləcək”, - azərbaycanlı deputat deyib. 

Mirzəzadə ümidvar olduğunu bildirib ki, Sarkisyandan sonra Ermənistanın yeni hökumətində demokratik, müasir və sağlam düşüncəli insanlar yer alacaq:

“Ən əsası, Sarkisyanı əvəz edəcək yeni hökumət Qarabağ problemində daha dəqiq və düzgün mövqe seçməlidir”, - deputat əlavə edib.



2017 Azərbaycan Respublikası Maxe.az internet saytı. Müəllif hüquqları qorunur.