Sizin Reklam Burada
xxx

02.10.17 - Baxış sayı - 88
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İranda
 

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisii Hulusi Akarın İrana səfəri başlayıb.

Maxe.Az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Akarın səfəri iranlı həmkarının dəvəti ilə baş tutub. 

Tərəflər arasında keçirilən görüşdə  dövlət sərhədlərinin qorunması, terrorçuluğa qarşı  mübarizə məsələləri müzakirə olunub.

Hulusi Akar səfər çərçivəsində İran prezidenti Həsən Ruhani, Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Şamxani və müdafiə naziri Əmir Xatami ilə də görüşəcək.

Qeyd edək ki, gələn həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da İrana səfəri nəzərdə tutulub.



2017 Azərbaycan Respublikası Maxe.az internet saytı. Müəllif hüquqları qorunur.