Sizin Reklam Burada
xxx

02.10.17 - Baxış sayı - 173
Prezident Şamaxıya səfərə gedib
 

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Şamaxı rayonuna səfərə gedib.

Deyer.Az-ın xəbərinə görə, dövlət başçısı Şamaxı şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə prezident İlham Əliyevə məlumat verib.

Bildirilib ki, rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, çoxlu sosial infrastruktur obyektləri tikilib, istehsal müəssisələri yaradılıb. Ulu Öndərin abidəsinin yerləşdiyi parkda yenidənqurma və abadlıq işləri görülüb, burada əhalinin istirahəti üçün hər cür şərait yaradılıb, yaşıllıq zolağı genişləndirilib.



2017 Azərbaycan Respublikası Maxe.az internet saytı. Müəllif hüquqları qorunur.