Sizin Reklam Burada
xxx

10.05.18 - Baxış sayı - 3 799
Sabir Ələsgərlidən məşhur aparıcıya sərt irad-"Qonağa axmaq-axmaq suallar verir"
Xalq artisti, tanınmış diktor Sabir Ələsgərli aparıcıların efirdə özlərini apara bilməməsindən danışıb.
Maxe,az xəbər verir ki, yenicag.az-a açıqlama verən diktor belə həmkarlarına görə yerli televiziyalara baxmadığını bildirib:
"ATV-nin xəbər aparıcıları xoşuma gəlir, bir də Az.TV-nin verilişlərini izləyirəm. Onlarda səviyyə, peşə etikası qorunub saxlanılır. Amma şou verilişlərində hədd aşırlar. Məsələn, Zaur Kamal verilişdə çox şitlik edir, dəvət etdiyi qonağa axmaq-axmaq suallar verir. Bəzən qonaq onu gülə-gülə yola vermək məcburiyyətində qalır. Bəziləri də əsəbiləşir. Efiri məzhəkəyə çevirmək olmaz, ayıbdır. Şou verilişi o demək deyil ki, özünü istədiyin kimi aparasan. Qarşındakına və izləyicilərə hörmət etmək sənin borcundur. Belə verilişlərə baxanda çox əsəbiləşirəm, ona görə də baxmıram”.

 


2017 Azərbaycan Respublikası Maxe.az internet saytı. Müəllif hüquqları qorunur.