Sizin Reklam Burada
xxx

10.05.18 - Baxış sayı - 3 285
Azərbaycanda dəhşətli yol qəzası baş verdi-TƏCİLİ-YENİLƏNDİ
 

Şəmkir rayonunda yol qəzası nəticəsində yaralananların adları məlum olub. 

"Report"un Qərb bürosunun məlumatına görə, bunlar Zenfira Ənvər qızı Məmmədova (1960), Elvin Kamandar oğlu Daşdəmirov (1978), onun həyat yoldaşı Günay Müslüm qızı Həsənova (1982), Günel Vaqif qızı Muxtarova (1985) və Çinarə Asif qızı Kərimovadır (1997). 

Yaralılardan dördü Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Günay Həsənova isə əməliyyata alınıb. 

Yük maşınının sürücüsünün xəsarəti yüngül olduğundan ona yerindəcə ambulator yardım göstərilib.

*** 19:51

Şəmkir rayonunda yol qəzası baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində baş verib. 

Belə ki, betonqarışdıran yük maşını ilə "Mercedes" markalı minik maşını toqquşub. Nəticədə minik avtomobili dərəyə düşü. 

Hadisədə 6 nəfər yaralanıb və onlar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. 




2017 Azərbaycan Respublikası Maxe.az internet saytı. Müəllif hüquqları qorunur.