Sizin Reklam Burada
xxx

27.04.18 - Baxış sayı - 2 323
Asan Xidmətə sədr seçildi-Sərəncam-FOTO
 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə yeni sədr təyin olunub.

Maxe.azxəbər verir ki, prezident İlham Əliyevin sərəncamına əsasən, Ülvi Ramiz oğlu Mehdiyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, bundan əvvəl Ü.Mehdiyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini vəzifəsində çalışıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sabiq sədri İnam İmdad oğlu Kərimov Azərbaycan Respublikası prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamı ilə kənd təsərrüfatı naziri vəzifəsinə təyin edilib.



2017 Azərbaycan Respublikası Maxe.az internet saytı. Müəllif hüquqları qorunur.