Sizin Reklam Burada
xxx

26.04.18 - Baxış sayı - 4 437
BƏS, RAMİZ HƏSƏNOV? - Prezidentin tələbə yoldaşı “vuruldu”, yoxsa?…


Məlum olduğu kimi, ötən həftə Prezident İlham Əliyev dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncamlar imzalayıb. Struktur islahatları çərçivəsində verilən bu sərəncamlardan biri də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) ləğvi barədə olub.

“AzPolitika” xatırladır ki, Komitə ləğv edilərək, səlahiyyətləri yeni yaradılan qurumlar arasında bölüşdürülüb. Belə ki, ləğv edilmiş Komitənin texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri İqtisadiyyat Nazirliyindən ayrılaraq müstəqil orqan kimi yaradılan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə verilib. Eyni zamanda sərəncama qədər Komitənin reallaşdırdığı “Azərbaycan Metrologiya İnstitutu”, “Azərbaycan Standartlaşdırma İnstitutu” və “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxslərinə təsisçilik səlahiyyətləri də Dövlət Agentliyinə həvalə edilib.

SMPDK-nin sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətləri isə Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə yaradılan Əqli Mülkiyyət Agentliyinə verilib.

Beliklə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətinə son qoyulub, funksiya və səlahiyyətləri 2 qurum arasında bölüşdürülüb.



 

Qeyd edək ki, bu Komitənin ləğv olunmasının zəruriliyi uzun illərdi müzakirə mövzusu idi. Ekspertlər, iqtisadçı deputatlar İqtisadiyyat Nazirliyinin tərkibində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (indi müstəqil Agentliyə çevrildi-red.) olduğu halda Komitənin saxlanılmasına heç bir ehtiyac olmadığını bildirirdilər. Komitənin büdcəyə əlavə yük olmaqla yanaşı, sahibkarlığın da inkişafına əlavə maneə olduğunu vurğulayırdılar. Ona görə də, struktut islahatları deyəndə ilk ləğv olunması təkif edilən SMPDK olurdu.
Bu baxımdan Komitənin ləğv edilməsi təəccüblü olmadı. Təəccüb doğuran Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun yeni hökumətin tərkibində yer almaması, heç bir vəzifəyə təyin edilməməsi oldu.

Məsələ ondadır ki, Ramiz Həsənovun adı ölkə Prezidenti İlham Əliyevə yaxın kadrlardan biri kimi hallanırdı. Hətta onun Prezidentin tələbə yoldaşı olduğu da bildirilirdi. Qeyd edək ki, 20 avqust 1961-ci ildə Marneuli şəhərində anadan olan Ramiz Həsənov 1978-1983-cü illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb. Prezident İlham Əliyev də həmin vaxtlar (1977-ci ildə daxil olub) Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil aldığından, bu iddianın əsassız olmadığını söyləyə bilərik. Ramiz Həsənov Prezidentlə eyni qrupda oxumasa belə, azərbaycanlı tələbə kmi onun İlham Əliyevlə dostluq münasibəti qurduğu istisna deyil.

Elə institutu bitirdikdən sonra əvvəlcə SSRİ Xarici Ticarət Nazirliyində, sonra isə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Xarici İqtisadi Əlaqələr Komissiyasında sıradan bir mütəxəssis kimi işləyən Ramiz Həsənovun, 1993-cü ildən sonra məsul vəzifələrə təyin olunmasında da məhz İlham Əliyevin ona etimad etməsinin ciddi rol oynadığı şübhə doğurmur.




 


İlham Əliyev ölkə Prezidenti seçildikdən qısa müddət sonra isə Ramiz Həsənovu əvvəlcə Azərbaycan Respublikasının Gürcüstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin etdi. 2005-ci ildə isə o vaxt Agentlik olan, 2008-ci ildən Komitəyə çevrilən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə rəhbər gətirdi.

Yəni, vəzifədə yüksəlişi birbaşa İlham Əliyevlə bağlı olan Ramiz Həsənovun rəhbərlik etdiyi Komitə ləğv edildikdən sonra Prezidentin ona hər hansı bir iş verməməsi maraq doğurur. Burda bir neçə ehtimal irəli sürmək olar.

Birincisi, mümkündür ki, Prezident Ramiz Həsənovu yeni yaradılan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəhbəri vəzifəsinə təyin etsin.Agentliyin rəhbərliyinə hələlik təyinat olmadığından, bu ehtimal var. Ancaq ekspertlərin fikrincə, əgər Prezidentin belə bir düşüncəi olsaydı, bunu dərhal hayata keçirərdi.

İkincisi, Ramiz Həsənovun yenidən əvvəlki sahəsinə qaytarılacağı, səfir kimi xarici ölkələrdən birinə göndəriləcəyi ehtimal edilir. Qeyd edək ki, Ramiz Həsənovun həm qardaşı, həm də qaynı səfirdir. Qardaşı Dursun Ayvaz oğlu Həsənov Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiridir.
Qayını Elxan Polux oğlu Poluxov Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında səfiri vəzifəsini daşıyır. Yəni, ailəsinin digər üzvləri kimi, o da səfir göndərilə bilər.

Üçüncüsü, mümkündür ki, Ramiz Həsənov Prezidentin ehtimadını itirdiyindən ona heç bir vəzifə verilməsin. Ekspertlər bu ehtimala daha çox üstünlük verirlər. Bu da Ramiz Həsənovun rəhbərliyi dövründə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən narazılığın artması, qurumun bir növ sahibkarların “qəniminə” çevrilməsi ilə bağlı ola bilər. Son illər Komitənin məsul şəxsləri daha çox qazanmaq naminə sahibkarlara qoyulan aylıq və illik “haqları” o qədər genişləndirmişdilər ki, hətta yüksək rütbəli şəxslərə və ya onların yaxınlarına məxsus obyektlərdən də “haqq” almağa başlamışdılar. Təbii ki, bu da ciddi narazılıq yaratmışdı. Komitənin sahibkarları təhdid edərək pul yığmasına, “haqq” verməyənlərin isə qapılarına qıfıl vurmasına dair məlumatların ölkə rəhbərliyinə də çatdırıldığı, buna görə də belə bir qərarın verildiyinə dair iddalar var.



 



Prezident İlham Əliyev də dəfələrlə istehlak bazarına nəzarət edən orqanların fəaliyyətindən narazılıq etmiş, onları işbazlarla əlbir olmaqda, iş adamlarını soymaqda ittiham etmişdi. İstehlak bazarına nəzarət edən orqanlardan bitrinə isə məhz Ramiz Həsənov rəhbərlik edirdi…

Bundan əlavə Hesablama Palatası da Komitədə apardığı yoxlamalarda ciddi maliyyə pozuntuları aşkarlamış, külli miqdarda büdcə vəsaitinin təyinatından yayındırıldığını bəyan etmişdi. Bu da əslində Ramiz Həsənovun fəaliyyətindən ən yüksək səviyyədə narazılığın olduğu fikrini formalaşdırmışdı. Odur ki, Ramiz Həsənova heç bir vəzifə verilməyə də bilər.

Hər halda, təyinatlar yekunlaşmaq üzrə olsa da, Ramiz Həsənov yada düşmür. Yeni vəzifəyəmi gedəcək, yoxsa “vurulub” –  yaxında biləcəyik.



 


2017 Azərbaycan Respublikası Maxe.az internet saytı. Müəllif hüquqları qorunur.