Sizin Reklam Burada
xxx

26.04.18 - Baxış sayı - 66
Tolik talışları ermənilərlə bir tutdu, aləm qarışd

Prodüser Tarix Əliyev (Tolik) qalmaqallı açıqlaması ilə gündəmdədir

Prodüser aparıcısı olduğu “Hər şey daxil” verilişində müğənni Üzeyir Mehdizadə ilə bağlı fikirlərini bölüşərək bunları deyib:“Bir kütlə ki, Üzeyiri bu gün sevirsə, o, azərbaycanlı kütləsidir. O nə ermənidi, nə talışdı, nə qazaxdı. Biz onu kütlələrə bölməməliyik. 50 milyonluq azərbaycanlıyıq. Üzeyirə qulaq asanlar yaxşı adam deyil, Miri Yusifə qulaq asanlar yaxşıdır? Bu nə deməkdir? Bunu hansı kriteriyalarla götürürük?”.Tolik bu açıqlamasından sonra talışları ermənilərlə bir tutduğu üçün tənqid atəşinə tutulub. Prodüser İnstaqram hesabında bununla bağlı belə bir açıqlama verməli olub:“Bəzi qanmazlara demək istəyirəm ki, özünüzlə məni səhv salmayın. Azərbaycanın hər bölgəsi mənə əzizdir. Canlı efirdir, bəlkə nəsə düz cümlə qurub fikrimi çatdıra bilməmişəmsə, dərhal gic-gic fikirlər səsləndirməyin. Burada yazanlar, qurban olasınız talışlara da, qazaxlılara da. Mənim hər iki bölgədən elə dostlarım var ki… Həmişə demişəm, ana nənəm Boradigahdandır”.

 


2017 Azərbaycan Respublikası Maxe.az internet saytı. Müəllif hüquqları qorunur.