Sizin Reklam Burada
xxx

26.04.18 - Baxış sayı - 2 312
Putindən Ramiz Mehdiyevə yüksək mükafat


Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Soçidə keçirilən təhlükəsizlik məsələləri üzrə yüksək nümayəndələrin 9-cu beynəlxalq görüşü çərçivəsində Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi "Şərəf" ordeni ilə təltif edib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında TŞ-nin mətbuat xidmətinin rəhbəri Yevqeni Anoşin məlumat verib.  

Anoşin bildirib ki, Nikolay Patruşev  Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri ilə görüşdə Ramiz Mehdiyevə Rusiya prezidentinin sərəncamına əsasən, "Şərəf" ordeni təqdim edib. 


 


2017 Azərbaycan Respublikası Maxe.az internet saytı. Müəllif hüquqları qorunur.