Sizin Reklam Burada
xxx

25.04.18 - Baxış sayı - 7 504
Gecə -gecə əhaliyə şad xəbər
 

Bir müəssisəni sağlamlaşdırırıq, amma nəticədə minlərlə sahibkarı bankrot vəziyyətdə qoyuruq.

 Bunu “Müflisləşmə və iflas haqqında” qanun layihəsinin müzakirəsində deputat Əli Məsimli deyib. 

O qeyd edib ki, hər hansı bankın lisenziyası alınırsa, sahibkar bundan əziyyət çəkir: 

“Bu yaxınlarda Şəkidə bir sahibkar belə problemlə üzləşib. “Dəmirbank”ın lisenziyası alınıb və sahibkarın orada olan pulu almasında problem yaranıb. Əgər bankın lisenziyası alınıbsa, onu başqa banka keçirsinlər. Bu, yüzlərlə iş adamının müflis olmasının qarşısını ala bilər.

Nə vaxt Azərbaycan vətəndaşlarının maliyyə sağlamlığı ilə məşğul olacağıq? 2015-ci ildə səhvlər buraxılmaqla həyata keçirilən devalvasiya nəticəsində xeyli insan ziyan çəkdi. Onlara  nə edəcəyik? Bu yaxınlarda prezident vətən uğrunda şəhid olan şəxslərin ailəsinə 11 min manat birdəfəlik pulun ödənilməsi barədə sərəncam imzaladı.

Elə etməyək ki, həmin 11 min manat pul kredit borclarının ödənilməsinə yönəlsin. Təklif edirəm ki, üç min dollara qədər borcu olan şəhid ailələrinin, 150 manat təqaüd alan pensiyaçıların banklara olan borcları bağlansın”.




2017 Azərbaycan Respublikası Maxe.az internet saytı. Müəllif hüquqları qorunur.