Sizin Reklam Burada
xxx

24.04.18 - Baxış sayı - 2 367
Son dəqiqə Şəmkirdə toy yasa döndü ölənlər var
 

Şəmkirdə ağır yol qəzası baş verib.

Maxe.az APA-nın qərb bürosuna istinadən xəbər verir ki, hadisə rayonun Düyərli kəndi ərazisində qeydə alınıb.

Rayon mərkəzində keçirilən toy mərasiminə gedən Sabirkənd kənd sakinlərinin olduğu “VAZ-2106” markalı avtomobil yoldan çıxaraq maneəyə çırpılıb.

İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ölüb, üç nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.



2017 Azərbaycan Respublikası Maxe.az internet saytı. Müəllif hüquqları qorunur.