Sizin Reklam Burada
xxx

08.05.18 - Baxış sayı - 2 719
Zakir Həsənovdan mühüm xəbər
 

Azərbaycan Müdafiə naziri Türkiyəyə səfər edəcək.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi geniş tərkibdə nümayəndə heyəti Türkiyə Respublikasında keçirilən “Efes-2018” beynəlxalq təlimlərin yekun mərhələsi zamanı təşkil ediləcək Yüksək Səviyyəli Qonaqlar günündə iştirak etmək üçün mayın 9-da İzmir şəhərinə yola düşəcək.

Aprelin 11-də başlayan “Efes-2018” beynəlxalq təlimlərində Azərbaycan Ordusunun 100-dən artıq hərbi qulluqçusu iştirak edir.




2017 Azərbaycan Respublikası Maxe.az internet saytı. Müəllif hüquqları qorunur.