Sizin Reklam Burada
xxx

15.10.17 - Baxış sayı - 144
Azərbaycan ordusu fəxrimizdir!!!

"Ermənistan ordusu: zəncirin qırılmış halqaları" yazımdan

Ön söz əvəzi
Əzəli və əbədi torpaqlarımızı geri qaytaracağımıza ürəkdən inananlar zamanın yazılmamış qanunlarını səhnə önünə daşıyanlardı.
Yazılmış qanunlar ayaq altına atılıb tapdananda bu insanların fədakarlığı böyük idellara, böyük məqsədlərə həyat verən ən etibarlı gücə çevrilir.
Belələrinin yeraltı çaylar kimi kükrəyən inadkarlığı əlahəzrət tarixin saralmış səhifələrindən bir qayda olaraq ədalətin təntənəsi kimi oxunur, bəşəriyyətə olacaqların gizli mahiyyətini anladır: bütün haqsızlıqların qələbəsi ötəridi!..
Qeyri-müəyyənlik, mücərrədlik və nağıla meylli ruh tarixin möcüzəyə bənzər çox həqiqətlərini reallığa çevirib; inam və şübhə, sevgi və nifrət, qələbə və məğlubiyyət arasındakı yolu tanıdıb: zamanın yazılmamış qanunlarını səhnə önünə daşıyan insanların yoludu bu...
Aprel döyüşləri
Xalqın bərkimiş xarakterini, mənində gizlətdyi gücü tarix həmişə yaşam haqqı kimi dəyərləndirib, istinad nöqtəsi kimi tanıyıb.
Etirafın və özünütəsdiqin ən böyük ünvanı ideya və ideallarla yüklənmiş insanlardı. Onların sözü tarixdən, tarixin sözü onlardan keçir...
Burada hər şey olduğu kimidi. Burada hər şey realdı. Söhbət şübhəni inama, nifrəti sevgiyə, məğlubiyyəti qələbəyə, ölümü həyata çevirən Aprel qəhrəmanlarından gedir...


2017 Azərbaycan Respublikası Maxe.az internet saytı. Müəllif hüquqları qorunur.