Sizin Reklam Burada
xxx

13.10.17 - Baxış sayı - 184
Fərahim Novruzov - Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
 

Həyatı

Fərahim Novruzov 1996-cı ildə Biləsuvar rayonunun Səmədabad kəndində anadan olub.

Hərbi xidməti

Əsgər Fərahim Novruzov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 4-ü isə Fərahim Novruzov doğulduğu Biləsuvar rayonunun Səmədabad kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Novruzov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Fərahim Novruzov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinsərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.



2017 Azərbaycan Respublikası Maxe.az internet saytı. Müəllif hüquqları qorunur.