Sizin Reklam Burada
xxx

13.10.17 - Baxış sayı - 90
Orxan Əliyev - Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
 

Həyatı

Orxan Əliyev 1995-ci ilin 11 avqust günündə Qazax rayonunun Aslanbəyli kəndində anadan olub. Orxan Əliyev 2015-ci ildə Bakı Texniki Kollecinin "Yol hərəkətinin təşkili" fakültəsini bitirib.

Hərbi xidməti

Əsgər Orxan Əliyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 3-ü isə Orxan Əliyev doğulduğu Qazax rayonunun Aslanbəyli kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Əliyev uğrunda şəhid olduğu torpaqa tapşırıldı.

Orxan Əliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinsərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.



2017 Azərbaycan Respublikası Maxe.az internet saytı. Müəllif hüquqları qorunur.