Sizin Reklam Burada
xxx

13.10.17 - Baxış sayı - 294
Rəvan Nurayev -Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
 

Həyatı

Rəvan Nurayev 1997-ci ilin 3 aprel günündə Zaqatala rayonunun Muxax kəndində anadan olub.

Hərbi xidməti

Əsgər Rəvan Nurayev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 3-ü isə Rəvan Nurayev elə doğum günündəcə doğulduğu Zaqatala rayonunun Muxax kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Nurayev uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Rəvan Nurayev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinsərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.



2017 Azərbaycan Respublikası Maxe.az internet saytı. Müəllif hüquqları qorunur.