Sizin Reklam Burada
xxx

13.10.17 - Baxış sayı - 294
Adil Adilzadə - Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
 

Həyatı

Adil Adilzadə 1993-cü ilin 17 aprel günündə Mingəçevir şəhərində anadan olub. Ailənin yeganə övladı olan Adil Adilzadə Mingəçevir şəhərində yerləşən 20 saylı tam orta məktəbi bitirib. Adil Adilzadə Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə müddətdən artıq hərbi xidmət keçib.

Hərbi xidməti

Kiçik çavuş Adil Adilzadə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Adilzadə döyüş zamanı 17 erməni hərbçisini məhv edib. Qarşı-qarşıya döyüşlərdə Adil Adilzadə ilə bacarmayan ermənilər onu snayperdən açılan atəşlə qətlə yetirib.

Aprelin 11-i isə Adil Adilzadə doğulduğu Mingəçevir şəhərində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kiçik çavuş Adilzadə uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Adil Adilzadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinsərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.



2017 Azərbaycan Respublikası Maxe.az internet saytı. Müəllif hüquqları qorunur.