Sizin Reklam Burada
xxx

13.10.17 - Baxış sayı - 391
Səbuhi Musayev - Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.
 

Həyatı

Səbuhi Musayev 1987-ci ildə Bərdə rayonunun Mustafaağalı kəndində anadan olub. Səbuhi Musayev ailəli idi, Fərid adında bir oğlu yadigar qalıb.

Hərbi xidməti

Kiçik çavuş Səbuhi Musayev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 7-si isə Səbuhi Musayev doğulduğu Bərdə rayonunun Mustafaağalı kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kiçik çavuş Musayev uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Səbuhi Musayev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinsərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi.



2017 Azərbaycan Respublikası Maxe.az internet saytı. Müəllif hüquqları qorunur.