Sizin Reklam Burada
xxx

13.10.17 - Baxış sayı - 479
Nicat İsgəndərov - Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.
 

Həyatı

Nicat İsgəndərov 1989-cu ilin 4 avqust günündə Tərtər şəhərində anadan olub.

Hərbi xidməti

Gizir Nicat İsgəndərov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 3-ü isə Nicat İsgəndərov doğulduğu Tərtər şəhərində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir İsgəndərov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Nicat İsgəndərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinsərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi.



2017 Azərbaycan Respublikası Maxe.az internet saytı. Müəllif hüquqları qorunur.