Sizin Reklam Burada
xxx

04.10.17 - Baxış sayı - 902
Rahim Tağıyev Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
 

Həyatı

Rahim Tağıyev 1979-cu ilin 10 noyabr günündə Mingəçevir şəhərində anadan olub. Rahim Tağıyev Vüsalə xanım ilə ailəli idi, iki oğul və bir qız övladı yadigar qalıb; Ülkər, Nihat və Nicat.

Hərbi xidməti

Rahim Tağıyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı ağır yaralandı. Başından qəlpə yarası alan Rahim Tağıyev Bakı şəhərində yerləşən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında ölüm ilə mübarizə apardı. Üç dəfə cərrahi əməliyyat olunan Rahim Tağıyev 3 ay 7 gün koma vəziyyətində qalsada, sonda iyulun 10-u şəhid oldu.

Elə həmin gün, iyulun 10-u Rahim Tağıyev doğulduğu Mingəçevir şəhərində, Şəhidlər Xiyabanında son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Tağıyev uğrunda şəhid olduğu torpağa tapşırıldı.



2017 Azərbaycan Respublikası Maxe.az internet saytı. Müəllif hüquqları qorunur.