Sizin Reklam Burada
xxx

04.10.17 - Baxış sayı - 747
Nurlan Əsgərov Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
 

Həyatı

Nurlan Əsgərov 1995-ci ilin 3 dekabr günündə Masallı rayonunun Kalinovka kəndində anadan olub.

Hərbi xidməti

Gizir Nurlan Əsgərov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 5-i isə Nurlan Əsgərov doğulduğu Masallı rayonunun Kalinovka kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Əsgərov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Nurlan Əsgərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinsərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.



2017 Azərbaycan Respublikası Maxe.az internet saytı. Müəllif hüquqları qorunur.