Sizin Reklam Burada
xxx

02.10.17 - Baxış sayı - 193
Seymur Baxışov - Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
 

Həyatı

Əslən Masallı rayonundan olan Seymur Baxışov 1987-ci ilin 12 iyul günündə Sumqayıt şəhərində Qulamhüseyn və Zemfira Baxışovların ailəsində anadan olub. 1994-2005-ci illərdə Sumqayıt şəhərində yerləşən 14 saylı tam orta məktəbdə təhsil alan Seymur Baxışov 2009-cu ildə Aynur xanım ilə ailəli həyatı qurdu; Amin adında bir oğlu yadigar qalıb.

Seymur Baxışovun məzarı


Hərbi xidməti

Kiçik gizir Seymur Baxışov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 19-u onun meyiti təmas xəttindən götürüldü, 20-si isə Seymur Baxışov doğulduğu Sumqayıt şəhərinin Şəhidlər Xiyabanınnda son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kiçik gizir Baxışov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Seymur Baxışov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

Xatirəsi

2017-ci ildə şəhid Seymur Baxışovun yaşadığı binanın qarşısında, xatirə lövhəsinin açılışı olub.



2017 Azərbaycan Respublikası Maxe.az internet saytı. Müəllif hüquqları qorunur.