Sizin Reklam Burada
xxx

02.10.17 - Baxış sayı - 1 266
Mirsalam Cəfərov - Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.
 

Həyatı

Mirsalam Cəfərov 1994-cü ilin 7 aprel günündə Tovuz rayonunun Bayramlı kəndində anadan olub.

Hərbi xidməti

Gizir Mirsalam Cəfərov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 11-i isə Mirsalam Cəfərov doğulduğu Tovuz rayonunun Bayramlı kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Cəfərov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Mirsalam Cəfərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinsərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi.



2017 Azərbaycan Respublikası Maxe.az internet saytı. Müəllif hüquqları qorunur.