Sizin Reklam Burada
xxx

01.10.17 - Baxış sayı - 616
Ravil Novruzov - Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
 

Həyatı

Ravil Novruzov 1986-cı ilin 5 sentyabr günündə Xızı rayonunun Giləzi kəndində anadan olub.

Hərbi xidməti

Gizir Ravil Novruzov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 4-ü isə Ravil Novruzov doğulduğu Xızı rayonunun Giləzi kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Novruzov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Ravil Novruzov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinsərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.



2017 Azərbaycan Respublikası Maxe.az internet saytı. Müəllif hüquqları qorunur.