Sizin Reklam Burada
xxx

27.04.18 - Baxış sayı - 3 023
Heydər Əsədovun mənimsədiyi pullar Londonda – Bahalı avtomobil və mülklər (FOTO-VİDEO)

Son günlərin ən çox müzakirə olunan mövzusu keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədovun vəzifəsindən azad olunmasıdır.
Unikal.org-a daxil olan məlumata görə, ölkə başçısı İlham Əliyevin sərəncamı ilə nazir Heydər Əsədovun istefaya göndərilməsinin əsas səbəbi onun oğlu ilə bağlı olub.
Eks nazirin oğlu Asif Əsədzadə atasının Azərbaycan dövlətindən yayındırdığı pullar hesabına Londonda çoxlu mülklərə, ərəb şeyxlərinin sürə biləcəyi ən bahalı avtomobillərə sahibdir. Hətta xarici KİV-lər Əsədovun oğlunun ərəb şeyxlərilə rəqabətə girdiyini də dilə gətirirlər.Ötən il xarici mətbuatın gündəmini zəbt edən Asif Əsədzadə Azərbaycana məxsus dövlət nömrə nişanlı bahalı avtomobili ilə Böyük Britaniyanın paytaxtında hərəkət edən maşınının videogörüntüləri artıq internetdə geniş yayılıb.
Görüntülərdən görmək mümkün olur ki, 90 HO 505 dövlət nömrə nişanlı “Porsche”nin dayandığı küçədə kifayət qədər bahalı olan maşınlar da var.
Bu xəbər KİV-lərdə yayımlandıqdan sonra Heydər Əsədov narahat olmağa başladı. Və bu məsələdən xəbər tutan ölkə başçısı İlham Əliyev dərhal Heydər Əsədovu istefaya göndərdi.
Onu da qeyd edək ki, ümumilikdə isə London hər zaman dünya, eləcə də azərbaycanlı milyonerlər üçün sevimli məkan olub.







 


2017 Azərbaycan Respublikası Maxe.az internet saytı. Müəllif hüquqları qorunur.