Sizin Reklam Burada
xxx

30.10.17 - Baxış sayı - 344
Ermənistanda hərbçilər özlərini öldürür
 

İşğal edilən Azərbaycan ərazilərində yerləşdirilən Ermənistan ordusundakı acınacaqlı vəziyyət davam edir. 

Belə ki,hərbi qulluqçuların ağır şəraitə dözməyərək, xidmətdən yayınmaq məqsədilə  özlərinə xəsarət yetirmələri və qəsd etmələri halları sayı xeyli çoxalıb.

Deyer.Az Report-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl hərbi qulluqçu Rafael Hakopyan özünə qəsd etmək məqsədilə qolunu kəsici alətlə doğrayıb.

Hadrut rayonunun Draxtik yaşayış məntəqəsində xidmət edən əsgər Soso Davityan isə əllərinə ağır xəsarət yetirib. Hər iki hərbçi hospitala yerləşdirilib. Həkimlər onların vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Digər bir hadisə isə hərbi qulluqçu Aram Gevorkyan tərəfindən törədilib. Uzun müddət dəyişilmədən daim döyüş mövqeyində saxlanılan A.Gevorkyan özünə odlu silahla xəsarət yetirməyə cəhd göstərib. Hərbi qulluqçu barəsində cinayət işi başlanılıb, araşdırma aparılır. Bununla belə döyüş növbəsinə təyin edilməsi üçün şəxsi heyət çatışmadığından onu yenə də ön xətdəki mövqeyə təyin ediblər.

Son hadisə zamanı isə əsgər Karen Avetisyan ağır xidməti şəraitə tab gətirməyərək, intihar etməyə məcbur olub.

Ermənistan ordusunda qısa müddətdə ölüm hallarının çoxalması əsgər valideynlərinin kəskin etirazlarına səbəb olmaqla yanaşı, ümumilikdə erməni cəmiyyətində narazılıq və inamsızlığın artmasına zəmin yaradır.



2017 Azərbaycan Respublikası Maxe.az internet saytı. Müəllif hüquqları qorunur.