Sizin Reklam Burada
xxx

15.05.18 - Baxış sayı - 31
Bakıda banka dollar borcu olan qadın mənzilində ÖZÜNÜ YANDIRMAQ İSTƏYİR - FOTOLAR
Paytaxtda banka dollarla krediti olan qadın yaşadığı mənzildə özünü yandırmaq istəyir.
Unikal.org-un əldə etdiyi məlumata görə, Suraxanı rayonu Günəşli qəsəbəsi A-B massivi, bina 38 ünvanında yaşayan Həmidə adlı qadın kredit götürdüyü "Nikoil Bank"a borcu olduğu üçün bank onun evini əlindən almaq istəyir.
Qadın isə buna etiraz olaraq özünü yandırmaq istəyir. Hazırda FHN-nin xilasediciləri və polis əməkdaşları qadını fikirindən daşındırmağa cəhd göstərirlər.
Əldə etdiyimiz məlumata görə, qadının 18 min dollarlıq borcu ödəyə bilmədiyi üçün və devalivasiyadan sonra 29 min dollar olub. Məhkəməkə icraçıları evə daxil olmaq istəyir, ancaq qadın mənzilin qapısını açmır və özünü yandıracağını deyir.



 


2017 Azərbaycan Respublikası Maxe.az internet saytı. Müəllif hüquqları qorunur.