Sizin Reklam Burada
xxx

27.04.18 - Baxış sayı - 7 148
Səlim Müslümovun dayısı görün kim çıxdı-FOTO
Prezident İlham Əliyev aprelin 21-də və 23-də Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncamlar imzalayıb. Həmin sərəncamlara əsasən, yeni Baş nazir təyinatı həyata keçirilib və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri təsdiqlənib.
Bu təyinatlar zamanı köhnə nazirlərdən bəziləri yeni hökumətdə yer almadılar. Nazir postunu itirənlər arasında 2013-cü ildən bəri əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işləyən Səlim Müslümov da var. Prezident Səlim Müslümovun yerinə iqtisadiyyat nazirinin müavini Sahil Babayevi gətirib.
Səlim Müslümov Ağsu rayonunun Pirhəsən kəndində doğulub. Hazırda bu rayonun icra başçısı Ənvər Seyidəliyev sabiq nazirin doğmaca dayısıdır.
Maraqlıdır, eks-nazirin dayısı – icra başçısı Ənvər müəllim bu dəyişikliyə necə baxır?
Modern.az saytının əməkdaşı Ənvər Seyidəliyevlə əlaqə saxlamağa çalışıb və buna nail olub.
İcra başçısı əməkdaşımızla söhbətdə bacısı oğlunun vəzifədən çıxarılmasına münasibət bildirib. O, saytımıza açıqlamasında deyib ki, bu cür məsələlərdə prezidentin sərəncamı şərh olunmur:
"Şəxslərin vəzifəyə təyinatı, ya da vəzifədən çıxarılması cənab prezidentin səlahiyyətinə daxildir. Ona görə də prezidentin sərəncamı şərh olunmur. O, nəyi necə məsləhət görürsə, dəyərləndirmək lazımdır. Allah prezidentimizi qorusun. Səlim Müslümov dünənə qədər əmək və əhalinin sosial müdafiəsi naziri idi. Bu, prezidentin verdiyi qərar idi və müsbət dəyərləndirilib. Bu gün isə cənab prezident Səlim Müslümovun vəzifədən çıxarılması ilə bağlı sərəncam imzalayıb. Cənab prezident kimi vəzifəyə qoyursa, yaxud da vəzifədən çıxarırsa, bu, onun məsləhətidir. Bu cür məsələlərə hörmətlə yanaşmaq lazımdır”.
Qeyd edək ki, Ənvər Seyidəliyev 1950-ci ildə Ağsu rayonunun Pirhəsənli kəndində anadan olub. 1975-ci ildə Azərbaycan Politexnik İnistitutunu bitirib. 1977-1983-cü illərdə Ağsu rayonunda müxtəlif vəzifələrdə çalışıb. 1983-1985-ci illərdə Bakı Ali Partiya Məktəbinin dinləyicisi olub. 1985-1989-cu illərdə Ağsu rayon partiya komitəsində təlimatıçı vəzifəsində çalışıb.1989-2003-cü illərdə Ağsu rayon Maddi-Texniki Təchizat və Mexanikləşdirmə İstehsalat Birliyinin müdiri vəzifəsində çalışıb.2003-2007-ci illərdə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-də idarə rəisi vəzifəsində işləyib.2007-ci ilin dekabrında tarixdə Ağsu rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.Yeni Azərbaycan Partiyasının üzvüdür.

 

Mobil telefonla sayta girənlərin nəzərinə-Şəkili yaxından görmək istəyirsizsə altdakı şəkilin üzərinə basın



2017 Azərbaycan Respublikası Maxe.az internet saytı. Müəllif hüquqları qorunur.