Sizin Reklam Burada
xxx

24.04.18 - Baxış sayı - 3 763
Nazim İbrahimovun vəzifədən niyə azad olunmasının səbəbi bilindi-Mehdiyevdən şok açıqlama
 

Nazim İbrahimovun sədrliyi dövründə xaricdə yaşayan azərbaycanlılarla bağlı konkret heç bir iş görülməyib.

Maxe.az xəbər verir ki, bunu Report-un sualını cavablandıran Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev deyib.

“Buna görə də bu gün Avropada, ABŞ-da və digər ölkələrdə yaşayan bəzi azərbaycanlılar Azərbaycana, onun dövlətçiliyinə qarşı təxribat xarakterli çağırışlar edirlər. Heç ermənilər də bunu etmir. Düzdür, ermənilər öz daxilində bir-birilərinə qarşı narazlıq və ya etiraz edirlər. Lakin ermənilər öz dövlətinə qarşı xarici ölkələrdən çağırış etmirlər.

Təbii ki, bu da Diasporla İş üzrə Dövlət Komitəsinin səriştəsiz fəaliyyətindən irəli gəlir”, - deyə, akademik Ramiz Mehdiyev vurğulayıb.

15:03

Diasporla İş üzrə Dövlət Komitəsinin işində narazılıqlar var idi, komitənin sədri Nazim İbrahimov öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyib.

Təbii ki, bütün bunlardan prezident İlham Əliyevin də məlumatı var. Buna görə prezident Nazim İbrahimovun işdən azad edilməsi barədə sərəncam verib.

Maxe.az-ın Report-a istinadən xəbərinə görə, bunu Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev deyib.

O xatırladıb ki, prezidentin növbəti sərəncamı ilə Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunub:

“Cənab prezident Fuad Muradovla görüşüb və ona konkret tapşırıqlarını verib. Gənc və perspektivli kadr olan Fuad Muradovun Diasporla İş üzrə Dövlət Komitəsinə təyin olunması böyük əhəmiyyət kəsb edir”.

Ramiz Mehdiyev qeyd edib ki, Nazim İbrahimov rəhbərliyi dövründə nə Gürcüstanda, nə Avropa ölkələrində, nə də orta Asiya ölkələrində yaşayan azərbaycanlılarla heç bir iş görülməyib: 

“Düzdür, komitədə müəyyən beynəlxalq tədbirlər keçirilib, amma konkret işlər görülməyib. Müəyyən tədbirlərin həyata keçirilməsində dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb”. 




2017 Azərbaycan Respublikası Maxe.az internet saytı. Müəllif hüquqları qorunur.